Rusiya benzin ixracına qadağa qoya bilər

17:37 | 15.07.2024
Rusiya benzin ixracına qadağa qoya bilər

Rusiya benzin ixracına qadağa qoya bilər

Hökumət icazənin müddətini uzatmasa, avqustda Rusiyadan benzin ixracına qadağa qoyula bilər. Bu barədə Tacc agentliyi  Rusiya Baş nazirinin müavini Aleksandr Novaka istinadla yazıb.

O bildirib ki, ötən həftə Nazirlər Kabinetində yanacaq bazarındakı vəziyyətlə bağlı iclas keçirilib.

Novak, "Prinsipcə, vəziyyət gərgin olarsa, avqustda icazəni yeniləməyəcəyik" fikirlərini bildirib. 

Baş nazirin müavini ölkənin yanacaq bazarında vəziyyəti sabit hesab edir və qeyd edib ki, bazar Aİ-95 markalı benzinin tədarük həcminə həssas yanaşır.

Bundan əvvəl iqtisad elmləri namizədi, Synergy Universitetinin Reklam kafedrasının professoru Sergey Zaynullin Rusiyada benzinin qiymətinin sentyabr  daxil olmaqla bahalaşacağını bildirmişdi. Onun proqnozuna görə, yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti iyul səviyyəsini 5-10% artıracaq.

Daha əvvəl bildirilmişdi ki, sanksiyalara görə Rusiya büdcəsinin neft və qazdan gəlirləri dörddə bir azalıb.
 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM