Rusiya 13 Yaponiya vətəndaşının ölkəyə girişini qadağan edib

23:48 | 23.07.2024
Rusiya 13 Yaponiya vətəndaşının ölkəyə girişini qadağan edib

Rusiya 13 Yaponiya vətəndaşının ölkəyə girişini qadağan edib

Moskva Tokionun sanksiyalarına cavab olaraq 13 Yaponiya vətəndaşının Rusiya Federasiyasına girişinə qadağa qoyub.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

"Xüsusi hərbi əməliyyatla əlaqədar Yaponiyanın ölkəmizə qarşı davam edən sanksiyalarına cavab tədbirləri çərçivəsində aşağıdakı Yaponiya vətəndaşlarının Rusiya Federasiyasına girişinə həmişəlik qadağa qoyulması barədə qərar qəbul edilib:
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Tanaka Akihiko, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin sədri Toyota Motor, Rakuten korporasiyasının təsisçisi Mikitani Hiroşi və başqaları”, - nazirlik qeyd edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM