"Rusiya bütün iştirakçıların maraqları naminə "3+3” regional mexanizminin mümkün qədər tez işə salınmasının tərəfdarıdır”.
Anews.az xəbər verir ki, bunu Rusiya XİN nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib.
Onun sözlərinə görə, "3+3” mexanizminin yaradılması ideyası Azərbaycan və Türkiyə prezidentləri tərəfindən irəli sürülüb, Rusiya da öz növbəsində bu təşəbbüsü dəstəkləyib. Zaxarova qeyd edib ki, Rusiya çoxtərəfli regional əməkdaşlığın inkişafının bu formatının bütün perspektiv iştirakçıların maraqlarına tamamilə cavab verdiyini düşünür.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !