Deputat ABŞ-ın Əfqanıstandakı silahları Ukrayanaya təhvil verəcəyi təqdirdə ölkəsinin adekvat addım ataraq Donbası silahlandıracağını deyib.
ANS PRESS-in məlumatına görə, deputatın ssenarisinə əsasən bu təqdirdə qondarma Donetsk və Luqansk respublikalarının silahlanması bibaşa Rusiyanın payına düşəcək.
Ekspertlərin Vaşinqtonun belə radikal addım atmasına inanmadıqlarına baxmayaraq, Donbas Rusiya və ABŞ hərbi potensialının toqquşduğu nöqtə kimi qiymətləndirilir.
Milli strategiya institutunun prezidenti Mixail Remizov təklifi nəzərə alaraq, "Fikirləşirəm ABŞ tam şəkildə buna getməz. Ən azından bunun belə olmayacağı barədə bir çox texniki səbəb var. Çünki ABŞ və Ukrayna elə yaxın olmadığından aviasiya işə düşməlidir və əlbətdəki tranzit Rusiyadan keçə bilməz”- deyə o bildirib.
Onun fikrincə onsuz da Ukraynanın hərbi-texniki təchizatı bütün Qərb ölkələri tərəfindən çoxdan həyata keçirilir. Belə bir məqamda ABŞ-ın kəskin hərbi addımlar atması gözlənilmir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !