Rusiya Müdafiə Nazirliyi Pentaqonun Suriyada "İslam dövləti”nə qarşı mübarizədə koordinasiya ilə bağlı təkliflərini qəbul edə bilər.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
O bildirib ki, bu gün ekspertlər müvafiq detalları müzakirə edəcəklər.
"Yalnız ayrı-ayrı texniki detalları dəqiqləşdirmək lazımdır. Onları bu gün Rusiya Müdafiə Nazirliyinin və Pentaqonun nümayəndələri müzakirə edəcəklər”, - deyə o vurğulayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !