Rusiya ABŞ silahlarını Tehrana verib

20:30 | 15.03.2023
Rusiya Ukraynada ələ keçirilən ABŞ istehsalı silahların nümunələrini Tehrana təhvil verib.
 
Bu barədə CNN Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.
 
Qeyd olunub ki, iranlı ekspertlər ABŞ silahlarını ətraflı tədqiq edir.
 
ABŞ rəsmiləri isə bildiriblər ki, Amerikanın "Javelin” tank əleyhinə raket komplekslərinin nümunələri Tehranın əlinə keçib. Ukrayna Silahlı Qüvvələri bu silahlardan bir neçəsini döyüş meydanını tərk etmək məcburiyyətində qalıb.
 
İranın Ukraynada ələ keçirilən Amerika silahlarından hər hansı birinin sürətini çıxarıb-çıxarmadığı məlum deyil.  Keçmişdə Tehran ələ keçirilən Amerika silah sistemlərini kopyalamağı bacarıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb