Rusiya ABŞ-nin yerli enerji sektoruna tətbiq etdiyi sanksiyalar paketinə rəsmi münasibət bildirib.Bu barədə Rusiya Xarici İşlər Nazirliyi müvafiq bəyanat yayıb.
"ABŞ-ın hazırkı administrasiyasının bütövlükdə yerli enerji sektoruna və bir sıra iri şirkətlərə qarşı yeni məhdudlaşdırıcı tədbirlər, o cümlədən onların rəhbərliyinə, habelə Rusiya Energetika Nazirliyinin rəsmilərinə qarşı şəxsi sanksiyalar tətbiq etmək qərarı, prezident Co Baydenin vəzifəsinin başa çatması ərəfəsində qlobal bazarların sabitliyini pozmaq riski bahasına olsa belə, Rusiya iqtisadiyyatına ən azı müəyyən zərər vurmaq cəhdini əks etdirir.
Təbii ki, Vaşinqtonun düşmənçilik hərəkətləri cavabsız qalmayacaq və xarici iqtisadi strategiyamız hazırlanarkən nəzərə alınacaq”,- bəyanatda qeyd olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !