Rusiya Abxaziyanı "himayəsinə götürdü" - NATO-dan sərt reaksiya

16:51 | 26.11.2014
Rusiya Abxaziyanı "himayəsinə götürdü" - NATO-dan sərt reaksiya

Rusiya Abxaziyanı "himayəsinə götürdü" - NATO-dan sərt reaksiya

Rusiya Gürcüstandan müstəqilliyini elan edən tanınmamış Abxaziya Muxtar Respublikası ilə "İttifaq və Strateji Tərəfdaşlıq Sazişi" imzalayıb.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Rusiya Dövlət Başçısı Vladimir Putinin Abxaziya prezidenti Raul Hacimba ilə birlikdə Soçidə imzaladığı razılaşma '"Krımdan sonra yeni bir ilhaq olacaq" sualına səbəb olsa da müqavilədə Abxaziyanın tanınması istiqamətində Moskvanın səy göstərəcəyi kimi öhdəlik diqqət çəkib.Beş ildən bir yenilənəcək və 10 illiyinə imzalanan anlaşmaya görə Rusiya Abxaziyanın beynəlxalq təşkilatlara üzv ola bilməsi üçün səy göstərəcək. Tərəflərdən birinə hücum olsa digəri bunu özünə edilmiş sayıb hər cür yardımı edəcək. Rusiya və Abxaziya bir il içində ortaq müdafiə birliyi meydana gətirəcək. Abxaziya ordusu 3 il ərzində Rusiya tərəfindən modernizə ediləcək. Abxazların Rusiya vətəndaşlığına keçmə proseduru asanlaşdırılacaq. Xatırladaq ki,  Abxaziya əhalisinin böyük bir qisimi Rusiya pasportu daşıyır.NATO müqaviləni tanımadıNATO dünən Rusiya tanınmamış Abxaziya Muxtar Respublika arasında imzalanan "İttifaq və Strateji Tərəfdaşlıq Saziş"i tanımadığını açıqlayıb.Qurumun baş katibliyindən edilən açıqlamada "NATO beynəlxalq cəmiyyət tərəfindən tanınan sərhədləri içində Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Buna görə də 24 noyabrda Abxaziya ilə Rusiya arasında imzalanan ittifaq və strateji tərəfdaşlıq razılaşmasını tanımırıq",ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM