ANN.Az APA-ya istinadən xəbər verir ki, Sankt-Peterburqda yerləşən Yoluxucu Xəstəliklər Təhqiqatları İnstitutunun direktoru Oleq Kiselyov bildirib ki, institutun gənc alimləri tərəfindən hazırlanmış peyvənd hazırda genetik dayanıqlılıq testlərindən keçirilir. "Ebola"ya qarşı peyvəndin Rusiya Müdafiə Nazirliyi Virusoloji Mərkəzinə göndərildiyini bildirən O. Kiselyov peyvəndin ilk olaraq heyvanlar üzərində sınaqdan keçiriləcəyini deyib: "Könüllülər üzərində isə peyvənd Afrikada sınaqdan keçiriləcək”.
O. Kiselyov peyvəndlə bağlı bütün sınaqların gələn ilin fevralında başa çatacağını deyib. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına əsasən, "Ebola"dan ölənlərin sayı 7693 nəfərə, xəstəliyə tutulanların sayı isə 19695 nəfərə çatıb. Bu virusdan ən çox ölüm halları Liberiya, Syerra Leone və Qvineyada qeydə alınıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !