Moskvada naməlum şəxs Rusiya Ali Məhkəməsinin binasına atəş açıb.
anews.az-ın Lenta-ya istinadən verdiyi məlumata görə, Povarskaya küçəsində yerləşən bina pnevmatik silahdan atəşə tutulub.
İnsidentin avqustun 30-a keçən gecə baş verdiyi bildirilir. Nəticədə birinci mərtəbənin pəncərəsinə ziyan dəyib.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalar aparır. Qeyd edək ki, ötən ilin noyabrında avtobuslara pnevmatik silahdan atəş açan xuliqan saxlanılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !