Rusiya Almaniyada təyyarə qəzası törətməyə cəhd edib

15:04 | 15.10.2024
Rusiya Almaniyada təyyarə qəzası törətməyə cəhd edib

Rusiya Almaniyada təyyarə qəzası törətməyə cəhd edib

Rusiyalı casuslar Almaniyada yalnız xoşbəxt təsadüf nəticəsində mülki təyyarənin qəzaya uğramasına səbəb olmayan bir diversiyada şübhəli bilinir. Bu barədə  Almaniyanın daxili təhlükəsizlik xidməti rəhbəri Tomas Haldenvanq bildirib.


Haldenvarqın sözlərinə görə, hadisə bu il baş verib. 

 

"DHL-in Leypsiqdəki logistika mərkəzində təyyarənin yük bölməsinə göndərilməli olan bağlama yanmağa başlayıb. Əgər bu, uçuş zamanı baş versəydi, "faciəyə" səbəb olardı",  -   Haldenvanq bildirib.

 

Bağlamanın kimə ünvanlandığı bəlli deyil. Almaniyanın DPA informasiya agentliyinin məlumatına görə, təhlükəsizlik xidmətləri bu hadisəni Rusiyanın fəaliyyəti ilə əlaqələndirirlər. 


Haldenvanq və xarici kəşfiyyat xidmətinin direktoru Bruno Kal xəbərdarlıq ediblər ki, Rusiya Almaniyada vəziyyəti "kəmiyyət və keyfiyyət baxımından" daha da destabilizasiya etmək səylərini artırır və diversiyalar həyata keçirir.

 

Haldenvanq bildirib ki, Moskvanın hərəkətləri "insanların həyatını təhlükə altına qoyur": "Biz Rusiya kəşfiyyat xidmətlərinin aqressiv davranışını müşahidə edirik."

 

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM