Sankt-Peterburqda keçirilən beynəlxalq konfransda bununla bağlı ilkin protokol imzalanıb
Rusiyanın "Qazprom" ASC B.Britaniyanın "Shell", Avstriyanın OMV və Almaniyanın "E.ON" şirkətləri ilə Baltik dənizindən Almaniyaya qaz xəttinin çəkilməsi ilə bağlı razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə Rusiyanın "Sputnik" agentliyi məlumat yayıb.
Məlumata görə, iyunun 18-də Sankt-Peterburqda işə başlayan beynəlxalq enerji konfransında 4 şirkətin rəsmiləri ilkin protokolu imzalayıblar.
Şirkətlər Avropaya qazın çatdırılması üçün yaxın zamanda pay bölgüsü məsələsini müzakirə edəcək. "Qazprom"un layihədə ən azı 51% paya sahib olacağı gözlənilir və boru xəttinin illik 55 mlrd. kubmetr tutuma malik olacağı açıqlanıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !