• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Armen Qriqoryanın Ermənistanın xarici işlər naziri olmasını istəmir

Rusiya Armen Qriqoryanın Ermənistanın xarici işlər naziri olmasını istəmir
05.08.2021 20:30
"Ermənistanın yeni parlamentinin ilk iclasından 4 gün keçsə də xarici işlər naziri vəzifəsi hələ də boşdur”.
 
"Anews” xəbər verir ki, bunu "Joxovurd” qəzeti yazıb.
 
Məqalədə qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Armen Qriqoryanı xarici işlər nazirinin birinci müavini təyin edib. Amma hökumət başçısı xarici işlər naziri təyin etməyə tələsmir.
 
"Konstitusiyaya əsasən, Nikol Paşinyanın hökuməti formalaşdırması üçün 5 gün möhləti var. Bu müddət sabah, avqustun 6-da başa çatır. Qərar qəbul etmək elə də sadə olmayacaq. Məsələ bundadır ki, Rusiya Armen Qriqoryanın xarici işlər naziri təyin olunmasına qarşıdır. Bu halda Rusiya tərəfi üçün ən uyğun variant Ermənistan parlamentinin keçmiş sədri Ararat Mirzoyanın XİN rəhbəri təyin olunmasıdır”, - qəzet yazıb.
 
Nikol.Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti avqustun 5-də İrana yola düşüb. O, İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək və onun rəsmi andiçmə mərasimində iştirak edəcək. A.Qriqoryan da N.Paşinyanla birlikdə İrana gedib.
 
Nikol Paşinyan iyulun 14-də A.Qriqoryanı Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edərək xarici işlər nazirinin birinci müavini vəzifəsinə təyin edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Qazaxıstana səfər edib
Siyasət 18:48
Sahibə Qafarova Qazaxıstana səfər edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Siyasət 18:32
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
Siyasət 16:51
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Siyasət 15:49
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 13:12
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
Siyasət 11:49
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 10:26
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
Siyasət 22:34
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Siyasət 18:55
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol