Rusiya: AŞ-dan çıxmaq arzumuz yaranır

23:18 | 21.09.2018
Rusiya: AŞ-dan çıxmaq arzumuz yaranır

Rusiya: AŞ-dan çıxmaq arzumuz yaranır

Rusiyanın Avropa Şurasından çıxmaq arzusu yaranır.

Axar.az xəbər verir ki, bunu AŞPA rəhbəri Lilian More Paske ilə görüşü zamanı Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko deyib.

"Mən səmimi deyirəm ki, bizim artıq Avropa Şurasından çıxmaq arzumuz yaranır. Əgər Avropa Şurası bununla bacarırsa, əgər bizim burada iştirakımız elə də dəyərli deyilsə, o zaman bu addım atılacaq. Bundan sonrakı dönəmdə fasiləyə yol vermək mənasızdır. Biz artıq 4 ildir AŞPA ilə danışıqlar aparırıq, amma bir nöqtədən tərpənə bilmirik”, – deyə o bildirib.

Qeyd edək ki, Krımın anneksiyasından sonra AŞPA 2014-cü ildə Rusiyanı bir çox səlahiyyətlərindən məhrum edib. Rusiya nümayəndəliyi isə buna qarşılıq olacaq AŞPA-nın iclaslarında iştirakını dayandırıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM