Rusiyanın "Azimut” aviaşirkəti Vladikavkaz-Bakı marşrutu üzrə müntəzəm reyslərin yerinə yetirilməsi üçün Rusiya Federal Hava Nəqliyyatı Agentliyindən (Rosaviatsiya) icazə alıb. Bu barədə Rusiya mediası xəbər verir.
Bu icazə hava yolu şirkətinə həftədə 7 dəfəyə qədər uçuşlar həyata keçirmək hüququ verir.
2024-cü il dekabrın sonunda "Azimut” Azərbaycana uçuş proqramını ləğv etdiyini açıqlayıb.
Eyni zamanda Rosaviasiya bildirir ki, bu icazənin verilməsi beynəlxalq uçuşların bərpası üçün əsas və ya qərar hesab olunmur. İcazə sadəcə olaraq aviaşirkətə beynəlxalq uçuşlar bərpa edildikdə bu hüquqdan istifadə etmək imkanı yaradır.
Bundan əlavə, Bakı və Gəncə hava limanları Azərbaycanın aviasiya orqanlarının qərarı ilə "Azimut" aviaşirkətinə Mineralnıye Vodı və Soçidən uçuşlar üçün verilmiş slotları ləğv edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !