Rusiya Hava Kosmik Qüvvələrinin xüsusi əməliyyatı nəticəsində Suriyada "Cəbhət-ən-Nüsra" beynəlxalq terror qruplaşmasının komandanlığı məhv edilib.
anews.az-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, qruplaşmanın başçısı Əbu Məhəmməd əl-Culyani əllərini itirib və ağır vəziyyətdədir.
İ. Konaşenkov əlavə edib ki, Rusiya aviasiyası "Cəbhət-ən-Nüsra"nın 12 səhra komandirini məhv edib.
Öldürülənlər arasında əl-Culyaninin ən yaxın köməkçisi, qruplaşmanın təhlükəsizlik xidmətinin rəisi Əhməd əl-Qizai də var.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !