Rusiya Avropadan ət idxalına qadağa qoydu

16:30 | 20.10.2014
Rusiya Avropadan ət idxalına qadağa qoydu

Rusiya Avropadan ət idxalına qadağa qoydu

Rusiya hökuməti Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab verməyə başlayıb. Oktyabr ayının 21-dən Avropada istehsal olunmuş ət və ət məhsullarının ölkəyə idxalına qadağa qoyulacaq.

ANN.Az-ın Rus mətbuatına istinadən xəbərinə görə, Rusiya tərəfi qadağanın Avropadan idxal olunan ətdə zərərli maddələrin və antibiotiklərin olduğuna görə tətbiq edəcəklərini bildiriblər. Verilən məlumata görə, son vaxtlarda 17 belə hal müəyyən olunub. Bu cür hallar əsasən, Avstriya, Almaniya, Danimarka, İtaliya və Polşadan idxal olunan məhsullarda aşkarlanıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM