Rusiya Avropaya cavab zərbəsi hazırlayır

12:11 | 19.08.2014
Rusiya Avropaya cavab zərbəsi hazırlayır

Rusiya Avropaya cavab zərbəsi hazırlayır

Rusiya Avropa Birliyi ölkələrinə qarşı yeni sanksiya paketi qəbul edə bilər. 

Anspress-in məlumatına görə, belə bir iddia ilə Rusiyada nəşr olunun “Vedomosti” qəzeti çıxış edib.

Qəzet hökumətdəki mənbələrinə istinadən yazır ki, Rusiya Avropa ölkələrindən qida məhsullarının idxalına edilən qadağadan sonra növbə bu ölkələrin istehsal etdiyi avtomobillərə gələ bilər.

“2014-cü ildə Rusiya Avropa ölkələri və ABŞ-dan minik avtomobillərinin 27%-ni, yük maşınlarının 46%-ni, avtobusların isə 13%-ni idxal edib. Qərb və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalarından sonra rəsmi Moskva bu ölkələrin istehsal etdiyi avtomobillərin idxalını ya tamamilə, ya da qismən qadağan etməyi planlaşdırır”, deyə qəzet yazır.

Mənbə qəzetə bildirib ki, qeyd edilən sanksiya paketi ilə bağlı təklif Rusiya prezidenti Vladimir Putinə göndərilib.

Qeyd edək ki, Rusiya Avropadan bir sıra qida məhsullarının idxalını dayandırıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM