Rusiya-Azərbaycan-Ermənistan-İran enerji körpüsü yaradıla bilər

14:04 | 13.02.2024
Rusiya-Azərbaycan-Ermənistan-İran enerji körpüsü yaradıla bilər

Rusiya-Azərbaycan-Ermənistan-İran enerji körpüsü yaradıla bilər

Rusiya Federasiyası, Azərbaycan, Ermənistan və İran arasında enerji körpüsü yaradıla bilər. Bu barədə APA-nın Moskva müxbiri Rusiyanın İrandakı səfiri Aleksey Dedova istinadən xəbər verib.
 
Xəbərə görə, Dedova qeyd edib ki, pik yüklənmə dövrlərində elektrik enerjisinin nəqlini nəzərdə tutan dörd ölkə arasında enerji körpüsü yaratmaq layihəsi mövcuddur.

Diplomat vurğulayıb ki, hazırda Moskva və Tehran bu məsələ ilə bağlı danışıqlar aparır. Layihə dörd ölkə arasında elektrik enerjisinin mübadiləsini və nəqlini nəzərdə tutur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM