Rusiya 100-dən çox dövləti beynəlxalq silah və hərbi texnika sərgisi Russia Arms Expo-ya (RAE-2015) dəvət edib. Bu barədə Ural federal vilayətində keçirilən iclasda Rusiya Federasiyası prezidentinin səlahiyyətli nümayəndəsi İqor Xolmanski bildirib.
RAE-2015 sentyabrın 9-dan 12-nə qədər Nijni Tagildə keçiriləcək.
Təşkilatçılar RF Sənaye və Ticarət Nazirliyi və Scerdlovsk vilayətinin rəhbərliyi, eləcə də "Uralvaqonzavod” elmi-istehsalat korporasiyasıdır.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
RAE dünyada əsas silah sərgilərinin siyahısına daxildir. 2013-cü ildə sərgiyə gələnlərin sayı 21 minə çatıb, onların sırasında Avropa, Yaxın Şərq və Afrika dövlətlərindən olan 40 nümayəndə heyətinin tərkibinə daxil olan 467 xarici vətəndaş olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !