Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakı danışıqlarının bir hissəsi silah təchizatına aid olub.
“Kommersant” qəzeti hərbi mənbələrə istinadən yazır ki, Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq səmərəli inkişaf edir: 2010-cu ildən 2012-ci ilədək ümumi məbləği $4 mlrd.-a yaxın müqavilə imzalanıb. “Rosoboroneksport”un xəttilə silah göndərilməsinin ümumi həcmi ilin sonunadək $5 mlrd.-a çata bilər.
Bundan əlavə, Azərbaycan “Bal-E” sahil raket kompleksinin alışına maraq göstərir. Bu raket kompleksi artıq RF Xəzər donanmasının silahları arasında var.
Qəzetin məlumatından belə nəticəyə gəlmək olar ki, 2014-cü ildə Azərbaycan Rusiyadan 1 mlrd. dollarlıq silah alacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !