Rusiya Azərbaycan iqtisadiyyatına 6 milyard dollar investisiya yatırıb. Bunu Rusiya prezidenti Putin deyib.
O bildirib ki, iki ölkə arasında ticarət dövrüyəsi də 4 milyard dollara çatıb.
"Hökumətlərarası komissiya fəal işləyir və əməkdaşlığın çox maraqlı istiqamətləri var – həm iqtisadiyyatın real sektorunda, həm əməkdaşlıqda, həm infrastrukturda”, - Putin aprelin 22-də Əliyevlə Moksvada görüşü zamanı qeyd edib.
Dövlət Gömrük Komitəsinin son statistikasına görə, 2024-cü ilin üç ayında Azərbaycanla Rusiya arasında ticarət dövüyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,8% azalaraq 890,733 milyon dollar olub.
2023-cü il Azərbaycanın rusiya ilə ticarət dövrüyəsi 4 milyard 358 milyon dollara çatıb.
2023-cü il Azərbaycanın rusiya ilə ticarət dövrüyəsi 4 milyard 358 milyon dollara çatıb.
Rusiya fəal şəkildə dövlətlərarası layihəni - "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizini (İTC) həyata keçirir, onun çərçivəsində, xüsusən də Rəşt-Astara yolunun Azərbaycandan İrana qədər olan hissəsi tikilir. 2023-cü ilin mayında Moskva Bakının dəhlizin yaradılması ilə bağlı sazişlərə mümkün yaxından qoşulacağını elan edib. II Avrasiya İqtisadi Forumunda Putin qeyd edib ki, BTC-nin yaradılması ilə bağlı danışıqlar Azərbaycanla sıx tərəfdaşlıq şəraitində aparılır.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !