Rusiya Azərbaycana bu hərbi texnikanın satışını 2016-cı ildə yekunlaşdıracaq

13:57 | 26.12.2015
Rusiya Azərbaycana bu hərbi texnikanın satışını 2016-cı ildə yekunlaşdıracaq

Rusiya Azərbaycana bu hərbi texnikanın satışını 2016-cı ildə yekunlaşdıracaq

Rusiya daha əvvəl imzalanmış müqavilə çərçivəsində Azərbaycana piyadaların döyüş maşınlarının (BMP-3) çatdırılmasını 2016-cı ildə yekunlaşdıracaq.
 
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu "Traktornıye zavodı” konserninin nümayəndəsi deyib. O bildirib ki, Azərbaycana müqavilədə nəzərdə tutulan sayda döyüş maşınlarının göndərilməsi gələn il tamamlanacaq.
 
Müqavilə 2010-cu ildə imzalanıb və 2017-ci ildə tam həyata keçiriləcəyi planlaşdırılır. "BMP-3”dən başqa, Azərbaycana özüyeriyən artilleriya qurğuları və reaktiv atəş sistemləri də satılacaq.   

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM