Rusiya 2010-cu ilin müqaviləsi üzrə Azərbaycana piyadaların döyüş maşını "PDM-3"ün tədarükünü gələn il başa çatdırmağı planlaşdırır.
anews.az-ın məlumatına əsasən, bu barədə "Report" TASS-a istinadən xəbər verir.
"Çatdırılmanın tamamlanması 2018-ci ilə planlaşdırılır", - hərbi-texniki əməkdaşlıq sistemindəki mənbə bildirib.
Xatırladaq ki, rəsmi Moskva və Bakı 2010-cu ildə silah və texnikanın böyük partiya ilə tədarükünə dair razılıq əldə edib.
KİV-in məlumatına görə, söhbət "T-90S" tanklarının üç batalyonundan, özüyeriyən artilleriyadan, reaktiv yaylım atəşi sistemlərindən və ağır alovsaçan sistemlərdən gedir. Eyni zamanda, Azərbaycan təmir-köçürmə və mühəndis maşınları da alıb. Ekspertlərin qiymətləndirməsinə əsasən, müqavilələr paketinin dəyəri 1 milyard dollar təşkil edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !