"Rusiya Azərbaycana silah satarkən Ermənistanla paritetin qorunmasını nəzərə alır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Rossiya Seqodnya” agentliyində keçirdiyi brifinqdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja erməni jurnalistin "Rusiyanın Azərbaycana silah satmasından KTMT nə dərəcədə narahatdır?” sualına cavabında bildirib.
N. Bordyuja deyib ki, Rusiya rəhbərliyinin göstərişi ilə Azərbaycana silah satışı həyata keçirilir: "Qeyd etmək istəyirəm ki, Rusiya tərəfindən Azərbaycana silah-sursat satılarkən paritetin qorunması nəzərə alınır. Hər bir silah növü individual olaraq Azərbaycana satılarkən, bu faktor nəzərə alınır. Azərbaycana satılan silahlarla yanaşı, Ermənistana da lazımi qədər silah-sursat göndərilir və satılır”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !