• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Bakı-Novorossiysk kəməri ilə Qazaxıstan və Türkmənistan neftini nəql edəcək

Rusiya Bakı-Novorossiysk kəməri ilə Qazaxıstan və Türkmənistan neftini nəql edəcək
29.05.2020 05:08
 Rusiya tərəfi Bakı-Novorossiysk boru kəməri ilə Qazaxıstan və Türkmənistandan ixrac olunan nefti nəql edəcək.«APA-Economics»in Dağıstan Dövlət Televiziyasına istinadən verdiyi məlumata görə, Rusiyanın «Transneft» şirkəti Bakı-Novorossiysk boru kəmərinin bir hissəsi olan Mahaçqala-Novorossiysk kəməri ilə Mahaçqala dəniz limanına gətirilən neftin nəql olunması üçün limanın qəbuletmə gücünü genişləndirmək niyyətindədir. Rusiya şirkəti Mahaçqala limanından gəmilərlə qəbul etdiyi Qazaxıstan və Türkmənistan neftini bu kəmərlə nəql etmək fikrindədir. «Transneft» bununla bağlı «Trafigura» şirkəti ilə danışıqlara başlayıb. Bu şirkət Türkmənistandan gətirilən nefti konsolidasiya edərək bu kəmərlə nəql edəcək. Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) hələ də Bakı-Novorossiysk neft kəməri ilə Azərbaycan neftinin nəqlinə dair Rusiya tərəfi ilə kommersiya razılaşmasını bağlamayıb. Fevral ayının əvvəlində isə «Transneft» şirkətinin Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqlinə dair bütün səlahiyyətləri bitir. Rusiya şirkətinin nümayəndələri isə müqavilə uzadılmayacağı təqdirdə, boru kəmərinin Mahaçqaladan Novorossiyskə qədər olan hissəsinə Dağıstana gətirilən Mərkəzi Asiya neftini vuracağı ilə bağlı şifahi xəbərdarlıq edib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
İqtisadiyyat 17:20
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
İqtisadiyyat 15:47
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
İqtisadiyyat 15:25
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
Azərbaycan əhalisinin gəlirləri artıb
İqtisadiyyat 11:50
Azərbaycan əhalisinin gəlirləri artıb
Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
İqtisadiyyat 11:20
Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
İqtisadiyyat 10:49
2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
İqtisadiyyat 10:08
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:50
Qızıl və gümüş bahalaşıb
Azərbaycan neftinin qiyməti açıqlanıb
İqtisadiyyat 09:34
Azərbaycan neftinin qiyməti açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol