Dekabrın 11-də Moskva birjasında avronun məzənnəsində yeni rekord müəyyənləşib və psixoloji məqama- 72 rubla çatıb. Eyni zamanda, dolların məzənnəsi 58 rubla yaxınlaşıb. Lakin bundan sonra hər iki valyuta rubla qarşı xeyli ucuzlaşıb.
Dekabrın 11-də Moskva birjasında bu valyutaların satış həcmi 300 mln. dollardan çox olub ki, rublun məzənnəsinin kəskin möhkəmlənməsinə gətirib çıxarıb. Bir neçə dəqiqə ərzində dolların məzənnəsi 57,98 rubldan 56,5 rubla qədər enib, avronun məzənnəsi ilə 72,13 rubldan azalaraq 70,3 rubla düşüb. Bu valyutaların kütləvi satışı dayandıqdan sonra rublun məzənnəsi yenidən zəifləməyə başlayıb. Dekabrın 11-i saat 11:55 üçün dolların məzənnəsi Moskva birjasında 57,355 rubl təşkil edib ki, bu da əvvəlki hərracların bağlanma səviyyəsinə nisbətən 91,5 qəpik daha çoxdur.
Avronun məzənnəsi isə hemin vaxta 71,3 rubl təşkil edib ki, bu da hərraclar bağlanarkən olduğu səviyyədən 1,4 rubl yüksəkdir. Dünən Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina bildirib ki, valyuta bazarında köpük əmələ gəlib. Onun sözlərinə görə, əvvəllər bazarda valyuta əməliyyatları ilə məşğul olmayan yeni-yeni iştirakçılar meydana çıxır. Həmin gün İstintaq komitəsinin rəhbəri Aleksandr Bastrıkin ilə qanunu pozan valyuta spekulyantları ilə mübarizəni "ölkədə iqtisadi vəziyyətin sabitləşməsi təmin etmək üçün ən vacib məsələ” adlandırıb. Bastrıkin cinayət məcəlləsinə bununla bağlı düzəlişlər etməyi təklif edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !