Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.Mətbuat hərbi texnikanın üzərinə etiketlənmiş dövlət bayrağı hissəsinin üstünün rəngləndiyini bildirir. Texnikanın Rusiyaya məxsus olduğu, özüyeriyən 2C3 “Akasiya” artilleriya qurğusunun Brestə 19 avqust tarixində dəmiryolu ilə gətirildiyi söylənilir. Rəsmi Minsk isə hələlik hərbi texnikanın hərəkəti barədə şərh verməyib.Xatırladaq ki, ötən gün Dnestryanı separatçı qurumunun prezidenti ehtiyyatda olan hərbi qulluqçuların dərhal hərbi təlimlərə qatılması barədə sərəncam verib. Bu sərəncamı şərh edən beynəlxalq ekspertlər Dnestryanı bölgənin müharibəyə başladığını bəyan etmişdilər. Rusiya XİN başçısı Lavrov da "Dnestryanı Rusiyanındır" deyə sərt bəyanat vermişdi. Hazırda Rusiyanın Belarusda hərbi kontingentini bu səviyyədə güclü şəkildə gücləndirməsini Dnestryanı bögədəki müharibə ehtimalıyla əsaslandırırlar.
ANN.Az