Rusiya bir neçə Moldova rəsmisinin ölkəyə girişinə qadağa qoyub

23:15 | 20.11.2023
Rusiya bir neçə Moldova rəsmisinin ölkəyə girişinə qadağa qoyub

Rusiya bir neçə Moldova rəsmisinin ölkəyə girişinə qadağa qoyub

Rusiya Moldovada rusdilli KİV-lərin təqibinə cavab olaraq, respublikanın bir neçə rəsmisinin ölkəyə girişini qadağan edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

"Moldovada rusdilli mediaya qarşı davam edən siyasi motivli təqiblər, o cümlədən onların internet saytlarına girişin bloklanmasına görə, noyabrın 20-də Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb”.

"Lillian Dariusa məlumat verilib ki, asimmetrik tədbir olaraq Moldova Respublikasının bir sıra məmurlarına Rusiya Federasiyasına giriş qadağan edilib”, – diplomatik departament qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM