Rusiya Ukraynada gedən proseslərə qarışmır. Lakin Kiyevlə ən yüksək səviyyədə təmaslar davam edir.
APA – nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Biz birmənalı olaraq oradakı proseslərə qarışmırıq. Lakin bu o demək deyil ki, müxtəlif nümayəndələrlə, o cümlədən ən yüksək səviyyədə təmaslarımız yoxdur”, - deyə o vurğulayıb.
APA
Bizi sosial şəbəkələrdə izləyin !