Rusiya "Boeing-737" laynerlərinin istismarını qadağan edir

22:58 | 06.11.2015
Rusiya

Rusiya "Boeing-737" laynerlərinin istismarını qadağan edir


Dünyada ən çox yayılan "Boeing-737" laynerinin Rusiyada istismarı qadağan oluna bilər.

"APA-Economics"in Lenta.ru xəbər portalına istinadən verdiyi xəbərə görə, belə bir qənaətə HAK-ın Aviasiya Registrinin sədri Vladimir Bespalovun "Rosaviasiya”nın sədri Aleksandr Neradkoya və ABŞ-ın Federal Aviasiya Administrasiyasının (FAA) direktorunun müavini Marqaret Qilliqana göndərdiyi məktubdan gəlmək olar.
 
Məktubda qeyd edilib ki, Rusiya aviaşirkətlərinin parkında olan "Boeing-737" təyyarələrinin istismarına icazə verən sertifikat müvəqqəti olaraq qüvvədən düşür. Hələlik istismara yararsız kimi iki modifikasiya hesab olunur – "Classic" və "Next Generation".
 
Sənəddə qeyd edilib ki, belə bir addımın atılmasına səbəb laynerin hündürlük sükanın sistemində mövcud olan problemlərdir. Bildirilir ki, Rusiya tərəfi 1 ilə yaxın bununla bağlı ABŞ tərəfi ilə yazışmalar aparıb. "ABŞ tərəfinin açıqlamasında təhlükəsizlik məsələləri ilə bağlı qəti cavab yoxdur", - deyə V. Bespalovun məktubunda yazılıb.
 
Məsələ ilə bağlı "Rosaviasiya” aviaşirkətlərin və HAK-ın nümayəndələrinin iştirakı ilə təcili toplantı keçirib.
 
Qeyd edə ki, Rusiyada sərnişindaşımanın 1/5-i "Boeing-737" tipli sərnişin təyyarələrinin payına düşür.
 
"İnterfax" agentliyi isə HAK-dakı mənbəyinə istinadən yazır ki, bu qərar Rusiyada istismar olunan bütün növ "Boeing-737"-lərə aid olunacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM