Bəşər Əsəd rejimi Rusiyanın dəstəyi ilə Suriyada İdlib Gərginliyi Azaltma Bölgəsinə aviazərbələr endirib.
10 kənd imsak vaxtından etibarən başlayan aviazərbələrin hədəfi olub. "Ağ beretlilər” mülki müdafiə qüvvələrinin verdiyi məlumata görə, 33 nəfər dünən axşam saatlarından bəri Bəşər Əsəd rejiminin hücumlarının qurbanı olub.
Suriyada Rusiya və Əsəd rejiminin hücumlarının fərqi
Bu iki qüvvənin həyata keçirdiyi hücumlar asanlıqla bir-birindən ayırd edilir. Belə ki, Rusiya istehsalı olan köhnə texnologiyaya malik təyyarələr hücumları yüksək hündürlükdən edə bilmir. Hədəfə doğru yaxınlaşıb sadəcə geniş sahələri bombalayır. Konkret hədəf olmadığı və istifadə olunan sursat çox olduğundan təxribat geniş sahəni əhatə edir. Rejim təyyarələri hücum üçün hərəkətə keçərkən yüksək səs çıxarır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !