Rusiya bombardmançıları İrlandiya yaxınlığında uçub

14:03 | 04.03.2015
Rusiya bombardmançıları İrlandiya yaxınlığında uçub

Rusiya bombardmançıları İrlandiya yaxınlığında uçub

İrlandiyanın sərnişin təyyarələri ölkənin hava məkanında Rusiya bombardmançılarının yanından keçməli olub. İrlandiya Aviasiya Təşkilatı bildirir ki, fevralın 18-də iki Tu-95 İrlandiya sərhədinin 40 kilometrliyində uçub.

Sərnişin təyyarələrindən biri toqquşmanın qarşısını almaq üçün yolunu dəyişməli olub. Digər təyyarənin havaya qalxması yubanıb.

Rusiya bombardmançıları işığı söndürüb deyə onları görmək mümkün olmayıb.

Həmin gün Britaniya qırıcıları ölkə sərhədinə yaxın uçan iki Rusiya hərbi təyyarəsini izləməli olub.

NATO bildirir ki, Rusiya hərbi təyyarələrinin müdaxiləsi dramatik şəkildə artıb. Bu arada Ukraynanın şərqində münaqişəyə görə Qərblə Moskva arasında münasibətlər gərginləşib. 

Azadliq.org
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM