Rusiya Britaniyanın hərbi attaşesini ölkədən çıxarır

20:00 | 16.05.2024
Rusiya Britaniyanın hərbi attaşesini ölkədən çıxarır

Rusiya Britaniyanın hərbi attaşesini ölkədən çıxarır

Böyük Britaniya səfirliyinin nümayəndəsi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və cavab tədbiri olaraq hərbi attaşesini Moskvadan çıxarır.Bu barədə Rusiya diplomatik departamentinin saytında yerləşdirilən məlumatda qeyd olunub.

"Mayın 16-da Böyük Britaniyanın Moskvadakı səfirliyinin nümayəndəsi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiyanın Londondakı səfirliyindəki müdafiə attaşesi ilə bağlı mayın 8-də bu ölkənin hakimiyyət orqanlarının qəbul etdiyi qeyri-dost və əsassız qərarla bağlı kəskin etiraz edilib”, - nazirlikdən bildiriblər.

Bildirilib ki, Rusiyanın cavab tədbirləri yalnız britaniyalı diplomatın ölkədən çıxarılması ilə məhdudlaşmır, Moskva gələcək addımlar barədə Londonu məlumatlandıracaq. Rusiya XİN əlavə edib ki, Britaniya hərbi attaşesi bir həftə ərzində Rusiyanı tərk etməlidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM