Rusiya bu ölkə vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub

20:37 | 29.10.2024
Rusiya bu ölkə vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub

Rusiya bu ölkə vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub

Moskva Avstraliya hökumətinin siyasi motivli anti-Rusiya sanksiyalarına cavab olaraq bu ölkənin 131 vətəndaşının ölkəyə girişini həmişəlik bağlayıb.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Kollektiv Qərbin” rusofobik kampaniyası çərçivəsində Avstraliya hökumətinin Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı tətbiq etdiyi siyasi motivli sanksiyalara cavab olaraq, Avstraliyada anti-Rusiya gündəmini formalaşdıran jurnalistlər və ictimai xadimlər, eləcə də hərbi-sənaye kompleksi nümayəndələrinin yer aldığı 131 Avstraliya vətəndaşının Rusiya Federasiyasına girişi həmişəlik bağlanıb”, - bəyanatda vurğulanıb.

Rəsmi Kanberranın anti-Rusiya kursundan əl çəkmək niyyətində olmadığını və yeni sanksiya tədbirləri tətbiq etməyə davam etdiyini nəzərə alaraq, Rusiya da "stop-list”in yenilənməsi üzrə işləri davam etdirəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti