Rusiya bu yaxınlarda Azərbaycana 10 milyard dollar sərmayə qoyub

16:00 | 19.08.2024
Rusiya bu yaxınlarda Azərbaycana 10 milyard dollar sərmayə qoyub

Rusiya bu yaxınlarda Azərbaycana 10 milyard dollar sərmayə qoyub

2023-ci il Rusiya ilə Azərbaycan arasında ticarət dövrüyəsi 5 milyard dollar təşkil edib. Bunu Rusiya prezidenti Vlodimir Putin deyib. 
 
O bildirib ki, bu dövr ərzində ticarət dövrüyəsində 20% artım baş verib. 
 
Rusiya lideri həmçinin bildirib ki, Rusiya bu yaxınlarda Azərbaycana 10 milyard dollardan çox investisiya qoyub. 

Daha əvvəl RDIF və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi arasında Azərbaycan bazarına daxil olan və Azərbaycan biznesini Rusiyaya cəlb edən Rusiya şirkətlərinə investisiya dəstəyi haqqında razılıq əldə olunub. Saziş, həmçinin Rusiya və Azərbaycan şirkətlərinin iki ölkədə təşviqi üçün Azərbaycan fondları və digər sərmayədarlarla tərəfdaşlıq əlaqələrinin yaradılmasını nəzərdə tutur. 
 
 
Gülnar 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM