BMT Təhlükəsizlik Şurası Ukraynadakı hərbi vəziyyətlə bağlı təcili toplantı keçirməyi qərar alıb. İclas bu gün Nyu York vaxtı ilə saat 14.30-da başlayacaq.ANN.Az xarici mətbuata istinadən xəbər verir ki, iclasın çağrılmasını Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuriy Sergeyev ölkəsindəki hərbi-siyasi durumun pis olmasını əsas göstərərək istəyib.Y.Sergeyev Rusiyanın Ukrayna sərhədinə çox sayda əsgər yığdığını və Ukraynadakı seperatçılara yeni silah dəstəyi göstərdiyini irəli sürüb: "Son hadisələr göstərir ki, Rusiya Ukraynaya yönəlik böyük bir hücum planlayır. Bu mövzuda BMT-nin ən qısa müddətdə məlumatlandırılması lazımdır".Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ukraynadakı Xüsusi Müşahidə Missiyasının yaydığı məumatda "Ölkənin şərqində vəzifəsini yerinə yetirən ATƏT müşahidəçilərinin noyabrın 11-də Donetskin mərkəzinə 3 kilometr məsafədə şəhərə doğru irəliləyən və naməlum 43 hərbi yük maşını təsbit etdiyi" yazılıb. Həmin yük maşınlarının 5-də 120 millimetrli havan topları, digər 5 yük maşınında isə çox lüləli roketatar sistemlərini daşıdığı ifadə edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !