Rusiya daha bir futbolçunu Azərbaycan yığmasının əlindən aldı

14:31 | 15.04.2014
Rusiya daha bir futbolçunu Azərbaycan yığmasının əlindən aldı

Rusiya daha bir futbolçunu Azərbaycan yığmasının əlindən aldı

Azərbaycan milli komandasının daha bir futbolçusu Rusiya yığmasında oynamağa qərar verib. Bu, əvvəllər 19 yaşadək millimizə çağırılmış David Qarayevdir. Hazırda “OİK-Energiya”da çıxış edən yarımmüdafiəçi artıq Rusiyanın I divizionunda legioner sayılmayacaq. Bununla bağlı klubun müraciəti Rusiya Futbol İttifaqının Mübahisələrin Həlli üzrə Palatasında müsbət cavablandırılıb. Əsas kimi futbolçunun Rusiyanın milli komandalarında çıxış etmək istəməsinə dair ərizəsi əsas götürülüb. Halbuki Qarayev ötən il Rusiya mətbuatına açıqlamasında dilemma qarşısında qalsa, Azərbaycan yığmasını seçəcəyini bildirmişdi: “Mən Vladiqafqazdanam, “Yunost” futbol məktəbində məşğul olmuşam. Sonra Moskvaya köçərək, “Qubkin” komandasında oynamışam. Valideynlərimdən biri osetin, digəri dağıstanlıdır. Ola bilsin, dərin azərbaycanlı köklərim də var. Azərbaycan millisinə agent vasitəsilə çağırılmışam. Hazırda Rusiyanın I divizionundan iki təklif almışam. Fikirləşəcəyəm. Azərbaycan çempionatına da çağırırlar, amma hələ bunda maraqlı deyiləm. Dilemma qarşısında qalsam, yəqin ki, Azərbaycan yığmasını seçəcəyəm. Hər halda, bu komandanın şərəfini artıq iki ildir qoruyuram və Azərbaycan millisindən getmək mənim tərəfimdən yaxşı addım olmazdı”. Qarayevin millimizdən Rusiya çempionatında legioner sayılmamaq üçün imtina etdiyi şübhə doğurmur. O, artıq aprelin 20-də “OİK-Energiya”nın heyətində Rusiya I divizionunun 33-cü tur matçına yerli futbolçu kimi çıxacaq. Qeyd edək ki, daha öncə əslən azərbaycanlı Aleksandr Səmədovla Emin Mahmudov da Rusiya yığmasında oynamağı üstün sayaraq, millimizdən üz çeviriblər (lent.az).ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM