Rusiya: "Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımırıq"

22:48 | 09.04.2020
"Rusiya Dağlıq Qarabağı müstəqil respublika kimi tanımır”.

BakuPost.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı separatçı rejimin martın 31-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirdiyi "prezident” və "parlament” seçkilərini şərh edərkən bildirib. Onun sözlərinə görə, martın 31-dəki "seçkilər”lə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatı var və həmin bəyanatla təşkilatın saytında tanış olmaq olar.

"Hesab edirik ki, seçkilər əhalinin normal həyat fəaliyyəti üçün lazımdır. Bununla belə, Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Onun statusu, ATƏT-in Minsk qrupunun da məşğul olduğu kimi, siyasi danışıqlar yolu ilə müəyyən olunmalıdır. İnanmırıq ki, Dağlıq Qarabağ münaqişəsinin gələcək tənzimlənməsi prosesi hansısa adıçəkilən tədbirdən asılı olsun”, - deyə Zaxarova bildirib.

Qeyd edək ki, separatçı rejimin Dağlıq Qarabağda keçirdiyi "seçkilər”i Avropa Birliyi, NATO, İƏT, GUAM, Qoşulmama Hərəkatı, ATƏT-in Parlament Assambleyası, İtaliya, Kanada, Pakistan, Gürcüstan, Ukrayna və digər ölkələr tanımayıb.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM