Rusiya deputatlarından Putinə müraciət: “Türkiyə ilə əlaqələri kəsin”

17:06 | 24.11.2015
Rusiya deputatlarından Putinə müraciət: “Türkiyə ilə əlaqələri kəsin”

Rusiya deputatlarından Putinə müraciət: “Türkiyə ilə əlaqələri kəsin”

Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus Su-24 bombardmançı təyyarəsinin vurulması gündəmin əsas mövzularındandır.

Rusiya Dövlət Dumasının iki deputatı hadisə ilə bağlı prezident Vladimir Putinə müraciət ünvanlayıb. 

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Kommunist Partiyasının Dövlət Dumasındakı deputatları Valeri Raşkin və Sergey Obuxov Putini Türkiyə ilə diplomatik əlaqələrə son qoymağa çağırıb.

"Türkiyənin təcavüzü onun növbəti dəfə beynəlxalq terrorizmə, xüsusilə "İslam dövləti”nə (İŞİD) dəstəyini təsdiq edir. Türkiyə Xarici İşlər Nazirliyi bundan əvvəl bəyanat yaydı ki, 7 dövlət Rusiyanın Suriyada anti-terror əməliyyatlarından narahat olur.  

Sizdən xahiş edirik ki, baş verən hadisənin müəyyənləşdirilməsi üçün Türkiyə səfirini çağırasınız. Eyni zamanda diplomatik əlaqələrin kəsilməsi məsələsinə baxmağı xahiş edirik.

BMT Təhlükəsizlik Şurasında Rusiyaya qarşı təcavüzə görə Türkiyənin məsuliyyəti haqqında məsələ də qaldırmaq lazımdır. Həmçinin Türkiyəni terrorizmin himayəçisi kimi tanımağa, İŞİD və digər terror təşkilatlarına dəstəyinin yatırdılması üzrə kompleks tədbirlər görməyə çağırırıq”,-deyə müraciətdə qeyd olunub.   

Rusiya Dövlət Dumasının sədr müavini Nikolay Leviçev də Türkiyənin terrorçulara dəstək verməkdə itiham edib.

"Biz bu hücumla Sinay yarımadasındakı Rusiya təyyarəsinin vurulmasını müqayisə edəcəyik. İŞİD-lə Ankaranın əlaqələri göz qabağındadır. Biz buna görə də Türkiyədəki vətəndaşlarımıza olan təhlükəni minimuma endirməliyik”.    

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM