Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə saxtakarlıq görüntüləri

12:03 | 20.09.2021
Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə saxtakarlıq görüntüləri

Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə saxtakarlıq görüntüləri

Rusiyada Sankt -Peterburq şəhərinin Kirovski rayonundakı 803 saylı seçki komissiyasında komissiya üzvləri bülletenləri dağıdıb.
 
Ehtimal olunur ki, komissiya üzvləri məntəqədə səsvermənin nəticələrinin etibarsız olması üçün belə edib. 

Anews.az həmin görüntüləri təqdim edir:
 
Sentyabrın 17-dən başlayan səsvermə ilə vətəndaşlar Dövlət Dumasına VIII çağırış deputatlarını və yerli idarəetmə orqanlarının rəhbərlərini seçiblər.

Dövlət Dumasına seçkilərdə 14 siyasi partiya iştirak edib. Ümumilikdə isə parlament seçkilərində 3812 namizəd qeydə alınıb. İlkin nəticələrə görə, 45 faiz səslə hakim "Vahid Rusiya” partiyası qalib gəlib. Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova seçkidə iştirakçı faizinin ölkə üzrə 45,15 olduğunu açıqlayıb. 54 sandıqda texniki qüsurlar səbəbindən 8 min 539 seçici vərəqi keçərsiz sayılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb