Rusiya dövlət qeydiyyatı nişanlı minik avtomobillərinin Finlandiyaya girişinə qoyulan qadağa rəsmi şəkildə qüvvəyə minib.
Bu barədə Rusiya KİV-inə istinadən xəbər verir.
Finlandiyada olan Rusiya qeydiyyatlı avtomobillər 6 ay ərzində ölkə ərazisini tərk etməlidir. Əks halda avtomobillər müsadirə oluna bilər.
"Finlandiyaya yalnız Rusiyada daimi yaşayan Avropa İttifaqı ölkələrinin vətəndaşları, onların ailə üzvləri, diplomatlar və ya onlara bərabər tutulan şəxslər və ya humanitar səbəblərə görə Rusiyada qeydiyyatda olan avtomobil gətirilə biləcək”, - Finlandiya Nazirlər Kabinetinin rəsmi məlumatında deyilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !