Rusiya dövləti Araz Ağalarova bir milyard verəcək

11:40 | 10.08.2015
Rusiya dövləti Araz Ağalarova bir milyard verəcək

Rusiya dövləti Araz Ağalarova bir milyard verəcək

Doqquzuncu apellyasiya arbitraj məhkəməsi Moskva arbitraj məhkəməsinin qərarına dəyişiklik etmədi.

 Qərara görə, "Crocus İnternational” (Crocus Group-a daxildir) Regional İnkişaf Nazirliyinin Uzaq Şərq direktorluğundan, çatışmadığı halda isə Dalne Vostokun inkişafı üzrə nazirliyin simasında Rusiya Federasiyasından 1,1 milyard rubla qədər vəsait alacaq.

Regional İnkişaf Nazirliyi ləğv olunduğu üçün cavabdeh kimi Maliyyə Nazirliyi və Dalne Vostokun inkişafı üzrə nazirlik çıxış edib. Keçən həftənin sonunda məhkəmə iş üzrə qərarın motivasiya hissəsini dərc edib.   

Oxu.Az xəbər verir ki, bu barədə "Vedomosti” yazır.

Crocus Group yeganə podratçı kimi Federal hakimiyyətin sifarişi ilə Asiya – Sakit okean iqtisadi əməkdaşlıq Sammiti üçün bütün lazımi infrastruktur ilə Dalnevostok federal universitetini (DVFU) tikib. Mübahisə şirkətin dövlət müqaviləsində razılaşdırılmayan əlavə obyektlərin inşasını öz üzərinə götürməsindən yaranıb. DVFU inşaat layihəsində ətraf ərazinin abadlaşdırılması planlaşdırılmamışdı, bunu Crocus Group-un prezidenti Araz Ağalarov dəqiqləşdirib.

Onun sözlərinə görə, şirkət 1 km-dən artıq sahilboyu əraziyə qranit döşəyib, burada qayıqların yan alması üçün liman yaradılıb, sahili isə dekorativ işıq, fəvvarə, göl, şəlalə və körpülərlə bəzəyiblər:

"Sammitin Vladivostokda ən isti günlərdə, sentyabrın ilk günlərində keçiriləcəyi nəzərə alındığı üçün, dövlət başçılarının görüşdükləri və sammitin keçirildiyi bütün məkanlarda kondisioner quraşdırılıb”,- Ağalarov bildirib.

Onun sözlərinə görə, bütün əlavə işlərə görə ümumi məsrəf 3,6 milyard rubldur:

"Bunun bir hissəsini şirkət "əlavə kimi” təqdim edə bilməyib, belə ki, məlum müqavilə qiyməti olub”,- "Vedomosti”yə verdiyi müsahibəsində Ağalarov bildirib.

Nəticədə, dövlətə 2 milyard rubl dəyərində iddia təqdim edib. Amma texniki-inşaat məhkəmə ekspertizası keçirildikdən sonra iddia tələbi azaldılaraq 1,1 milyarddan ibarət olub. Bu məbləğə tikilən obyektlərin dəyəri - 892,6 milyon rubl, eləcə də kənar vəsaitin istifadə faizi - 199,6 milyon rubl daxil olub.  

Məhkəmənin qərarı ilə dövlət bu məbləği şirkətə qaytarmalıdır.

"Bir şəxs tərəfindən müqavilə olmadan işlərin təhvil verilməsi və bu işlərin kimin üçün yerinə yetirilibsə, həmin şəxs tərəfindən qəbul edilməsi tərəflər arasında razılığın bağlanmasına dəlalət edir”, - məhkəmədə qeyd edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM