Rusiya əleyhinə aksiya keçiriləcək

23:00 | 07.03.2014
Rusiya əleyhinə aksiya keçiriləcək

Rusiya əleyhinə aksiya keçiriləcək

Krım tatarları rus qoşunlarının Ukrayna ərazisindən çıxarılması məqsədilə sabah kütləvi aksiyaya başlayacaq. Aksiya 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Krımın əsas magistral yolları boyunca keçiriləcək. Krım tatarları aksiyaya qadınları, uşaqları, ictimai fəalları və jurnalistləri dəvət edib. Həmçinin Krımda yaşayan bütün millətlər - ruslar, ukraynalılar, almanlar, yunanlar, bolqarlar və başqa millətləri aksiyaya qoşulmağa və Rusiyanın hərbi təcavüzünə qarşı çıxmağa səsləyiblər. Krım tatarlarının məclisindən verilən məlumata görə, aksiya "Vahid Ukrayna uğrunda" şuarları altında keçiriləcək. Aksiyanın kütləviliyinin təmin olunması üçün Ukrayna Silahlı Qüvvələrinin heyət üzvlərinin ailə üzvləri dəvət edilib. Jurnalist Oleq Kryuçkov bildirib ki, Ukraynadan gələn aktivistlər Krıma buraxılmayıb. Belə ki, Çonqar tərəfdən Krıma doğru gələn 300 maşın karvanı kazaklar tərəfdən saxlanılıb.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM