Rusiya Erməninstanın Avrasiya İqtisadi İttifaqına qoşulmasını təsdiqlədi

14:05 | 10.12.2014
Rusiya Erməninstanın Avrasiya İqtisadi İttifaqına qoşulmasını təsdiqlədi

Rusiya Erməninstanın Avrasiya İqtisadi İttifaqına qoşulmasını təsdiqlədi

Rusiya Dövlət Duması Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması barədə sazişi təsdiqləyib.

 
ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, Ermənistanın Aİİ-yə qoşulması barədə qanun layihəsini Dövlət Dumasına dekabrın 2-si Rusiya prezidenti Vladimir Putin tərəfindən göndərilib.

Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb. Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb. Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM