Rusiya Ermənistanı gömrük rüsumundan azad etdi

17:13 | 30.06.2014
Rusiya Ermənistanı gömrük rüsumundan azad etdi

Rusiya Ermənistanı gömrük rüsumundan azad etdi

Təbii qaz, neft məhsulları və təbii almazın Ermənistana çatdırılması ilə bağlı Rusiya ilə bağlanan əməkdaşlıq müqaviləsi ratifikasiya olunub.
 
Axar.az xəbər verir ki, sözügedən müqavilə bu gün Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanıb.
 
2013-cü ilin dekabrında İrəvanda bağlanmış müqavilə həmin məhsulların Ermənistanın Avrasiya İttifaqına üzv olacağı vaxta qədər rüsumsuz olaraq çatdırılmasını nəzərdə tutur.
 
Rusiya tərəfi Ermənistanın daxili istehlakı üçün vacib olan təbii qaz və neft məhsullarının ixracından gömrük rüsumu almayacaq.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM