Rusiya Energetika nazirliyi və Ermənistanın Energetika və Təbii sərvətlər nazirliyi Ermənistana qaz tədarükünün qiymətinin müəyyənləşdirilməsi qaydalarında dəyişikliyə dair protokol imzalayıblar.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, sənəddə Rusiyadan Ermənistana satılan qazın qiyməti 1000 kub metr üçün 189 ABŞ dollarından 165 ABŞ dollarınadək ucuzlaşacaq.
Sənəd həmçinin "Qazprom Armeniya” QSC-nin normal fəaliyyətinin təmin edilməsi üçün baza şərtlərini müəyyən edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !