Rusiya Ermənistana silahı su qiymətinə satacaq

01:31 | 03.12.2013
Rusiya Ermənistana silahı su qiymətinə satacaq

Rusiya Ermənistana silahı su qiymətinə satacaq

"Silah qiymətləri təkcə təhlükəsizlik məsələsi deyil, həm də iqtisadi məsələdir".

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Rusiyada istehsal olunan silahı Rusiyanın daxili qiymətləri ilə alacaq.

ANN.Az  APA-ya istinadən xəbər verir ki, bunu İrəvanda keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya prezidenti qeyd edib ki, silah qiymətləri təkcə təhlükəsizlik məsələsi deyil, həm də iqtisadi məsələdir, çünki dövlət büdcəsinin xərcləri ilə bağlıdır.

“Rus əsgərlərinin Ermənistanda mövcudluğu Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir”, -deyə Putin vurğulayıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM