Rusiya Ermənistanın Aİ və ABŞ görüşlərindən narahat olduğunu açıqlayıb

13:27 | 28.03.2024
Rusiya Ermənistanın Aİ və ABŞ görüşlərindən narahat olduğunu açıqlayıb

Rusiya Ermənistanın Aİ və ABŞ görüşlərindən narahat olduğunu açıqlayıb

Rusiya Ermənistanın Aİ və ABŞ görüşlərindən narahatdır. Bu barədə Rusiyanın xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova deyib.  
 
"Aprelin 5-nə planlaşdırılan Ermənistan-Aİ-ABŞ görüşü Moskvada narahatlıq doğurur, çünki Vaşinqton və Brüssel açıq şəkildə onun anti-Rusiya oriyentasiyasından danışırlar. ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas diqqəti yalnız Rusiyaya qarşıdır. Onlar bunu birbaşa, açıq mətnlə deyirlər. Bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur, çünki onlar Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə deyil, daha da "son dərəcə dağıdıcı yanaşmaları ilə Qərbi Cənubi Qafqaza tanıtmaq, yeni bölücü xətlər yaratmaq məqsədi daşıyır", - Zaxarova bildirib. 
 
Gülnar 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM