Rusiya Ermənistanla birgə hava hücumundan müdafiə sistemi yaradır

11:00 | 09.09.2015
Rusiya Ermənistanla birgə hava hücumundan müdafiə sistemi yaradır

Rusiya Ermənistanla birgə hava hücumundan müdafiə sistemi yaradır

Rusiya Ermənistanla və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı digər iki müttəfiqi - Qırğızıstan və Tacikistanla birgə hava hücumundan müdafiə sistemi yaratmağı planlaşdırır

APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, Qafqaz regionunda birgə hava hücumundan müdafiə sistemi haqqında Ermənistan-Rusiya sazişinin layihəsi dövlətdaxili razılaşdırılma mərhələsini artıq keçib  və hazırda onun imzalanmasına  hazırlıq işləri gedir. "Ümid edirəm ki, bu il razılaşdırma başa çatacaq”, deyə Baş qərargah rəisi – Hava-Kosmik Qüvvələri komandanının birinci müavini Pavel Kuraçenko bildirib.  

Qırğızıstan və Tacikistanla analoji sazişlər hazırda dövlətdaxili razılaşdırılma mərhələsindədir.  

Qeyd edək ki, MDB-yə üzv olan dövlətlərin Müdafiə Nazirləri Şurasının yanında hava hücumundan müdafiə məsələləri üzrə Əlaqələndirici Komitənin növbəti iclası 2016-cı ilin aprelində Rusiyanın  Tver  şəhərində keçiriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti